...

Reper Elşad Xose, türk müğənnisi İsmayıl YK-ya "Yekəbaş" adını verdi

Cəmiyyət Materials 6 May 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /müx.TrendLife Şahin Cavadsoy/

Bakıda keçirdiyi biabırçı konserti ilə medianın qınaq hədəfinə çevrilən türk müğənnisi İsmayıl YK-a bundan sonra "Yekəbaş" adını daşıyacaq. Bu haqda TrendLife-a reper Elşad Xose məlumat verib: "Əminəm ki, pərəstişkarları qarşısında bərbad proqramla çıxış edən İsmayıl paytaxtımıza bir daha səfər etməyəcək. Bilindiyi kimi o, sonuncu gəlişində mənimlə eyni səhnəni paylaşmışdı. Təvazökarlıqdan uzaq səslənsə də Xosenin qarşısında tab gətirə bilmədi. Görüşüb, ayrılanda üzünə yeni adını söylədim - "Yekəbaş". Məncə "YK"-a yox, bu ad ona daha çox yaraşır".

Bəs sən özün necə, hansısa xarici ölkələrin birində rep-konsertlə çıxış etmək istərdinmi - sualını Elşad bu cür cavablandırdı: "Desəm ki, sabah İstanbula yola düşəcəm, bu yalan olar. Ötən il istisna olmaqla, Rusiyada hər il konsertlərim təşkil olunub. Yəqin ki, yay aylarında dostlarım tərəfindən növbəti dəfə Moskvada konsertim keçiriləcək".

Xəbər lenti

Xəbər lenti