...

Azərbaycanın otüstü hokkey üzrə klubu "Çelens" turnirinin ikinci divizionuna yüksəlib

Cəmiyyət Materials 12 May 2008 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət "Atasport" komandası Almaniyada keçirilən Avropa Çempionlar Kubokunda Hollandiyanın "Herta Genboş" klubuna 0:4 hesabı ilə uduzub. Bu barədə bazar ertəsi Trend a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev məlumat verib.

Bu oyundan sonra "Atasport" klubunun növbəti mərhələyə adlamaq şansı itib. Azərbaycan hokkeyçiləri bu gün axşam saatlarında 3-cü yer uğrunda oyunda Almaniyanın "Rotyess" klubu ilə görüşəcək.

Azərbaycanın kişilərdən ibarət "Atasport" klubu isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən "Çelens" turnirinin 3-cü divizionunun final mərhələsinə vəsiqə qazanıb. "Atasport" finala çıxana kimi Finlandiyanın "Tempu" komandasını 14:0, Macarıstanın "Epitok" adlı klubunu 2:1, Sloveniya "Pilva"sını isə 2:1 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət otüstü hokkey klubu bu gün final oyununda Maltanın "Qormi" komandası ilə qarşılaşıb və 6:0 hesabı ilə qələbə qazanıb. "Atasport" bu görüşdə qələbə qazanmaqla növbəti mövsümdən "Çelens" kubokunun 2-ci divizionunda mübarizə aparmaq hüququ əldə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti