...

Türkiyənin futbol klubunun azarkeşləri azərbaycanlı iş adamının klubu almasına etiraz ediblər

Cəmiyyət Materials 19 May 2008 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir R.Ergün/ Türkiyənin futbol üzrə Superliqasının iştirakçısı olan "Antalyaspor" klubunun azarkeşləri azərbaycanlı iş adamı Telman İsmayılovun klubu satın almasına etiraz edib. Bu barədə bazar ertəsi Türkiyə mətbuatı məlumat yayıb.

İsmayılov Antalyada "Mardan İstanbul Palace" adlı otel tikdirib. Azərbaycanlı iş adamının oğlu Sərxan İsmayılov "Antalyaspor" klubunda vitse-prezident vəzifəsində çalışır.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Antalyadan olan futbol azarkeşləri klubun azərbaycanlı iş adamına satılacağı halda, növbəti mövsümdən komandanın oyunlarını boykot edəcəklərini bildiriblər.

"Antalyaspor" bir neçə gün əvvəl Türkiyənin futbol üzrə birinci liqasından Superliqaya vəsiqə qazanıb. İsmayılovun almaq istədiyi klub birinci liqada 61 xal toplamaqla Superliyqaya vəsiqəni təmin edib.

Azərbaycanlı futbolçu, hazırda Bakının "İnter" klubunda forma geyən Mahir Şükürov 2004-cü ildə "Antalyaspor"da çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti