...

Azərbaycan yığmasına İran, Türkiyə və Rusiyadan futbolçular dəvət olunacaq

Cəmiyyət Materials 28 May 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may/ Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə milli yığmasında oynamaq ücün İran, Türkiyə və Rusiyadan futbolçular dəvət oluna bilər. "Hesab edirəm ki, İran, Türkiyə və Rusiyadan səviyyəli oyunçuların Azərbaycan millisində iştirakı mümkündür ", çərşənbə günü Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) keçirdiyi mətbuat konfransında ölkənin futbol üzrə yığmasının alman baş məşqçisi Berti Foqts bildirib.

Trend -un arayışı: Foqts Azərbaycan yığma komandasının baş məşqçi vəzifəsinə bu ilin aprel ayının əvvəllərində təyin olunub. Ondan əvvəl komandaya makedoniyalı Qyoko Hacievski rəhbərlik edib.

Foqtsun rəhbərliyi altında Azərbaycan yığma komandası ilk oyununu iyunun 1-də Bosniya və Hersoqovina komandası ilə səfərdə keçirəcək. İyunun 4-də Azərbaycanın milli futbolçuları Andorrada bu ölkənin yığma komandası ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Foqts deyib ki, iyunun 1-də Bosniya və Hersoqovina ilə keçiriləcək yoldaşlıq görüşü ərəfəsində rəqib komandanın heyətindəki problemlər onu maraqlandırmır. "Məni ancaq Azərbaycan millisinin necə oynayacağı və hansı nəticəni qazanacağı düşündürür" - alman mütəxəssisi əlavə edib.

Trend -un arayışı: Bir neçə gün öncə Bosniya və Hersoqovinanın futbol üzrə yığmasının baş məşqçisi Meho Kadro vəzifəsindən istefa verib. Yığmaya cəlb ediləcək oyunçuların tam heyəti isə müəyyənləşdirilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti