Azərbaycan,Bakı,30 may / Trend , müxbir K.Zərbalıyeva/ Daxili Qoşunların Bərdədəki N saylı hərbi hissəsinin əsgəri intihar edib. Daxili qoşunların mətbuat xidmətindən Trend -a bildirilib ki, ötən il Zaqatala rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış 19 yaşlı Ramil Osmanov xidməti silahı ilə qarın boşluğundan özünə atəş açıb. Ağır bədən xəsarəti ilə hospitala yerləşdirilən əsgərin üzərində əməliyyat aparakən dünyasını dəyişib.
Daxili qoşunlardan bildirilib ki, əsgər nizam-intizamlı hərbçi olub.
Faktla bağlı Qarabağ hərbi prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə dərəcəsinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]