...

Mini futbol üzrə "Aznet Kuboku"nda qolla bol olan oyun keçirilib

Cəmiyyət Materials 2 İyun 2008 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir R.Ergün/ Dünən "Olimpik Star" idman kompleksində Trend Xəbər Agentliyinin təşkil etdiyi mini futbol üzrə "Aznet Kuboku"nda daha bir oyun keçirilib. Oyunda qapılara, nə az, nə çox, on qol vurulub.

"Terimakasi" komandası ilə qarşılaşan "Baku Reds" komandası rəqibinə əməlli-başlı futbol dərsi keçdi. Azarkeşlər də qoldan bol olan bir oyun izlədilər. Hər halda, bir oyunda on qolun vurulması heç də az deyil. Dünənki oyunda "Baku Reds" vurduğu yeddi qolla rəqibinə nə qədər güclü olduğunu sübut etdi. "Terimakasi" isə, bu qollardan yalnız üçünün cavabını verə bildi -7:3. Qeyd edək ki, oyunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimi Ramiz Məhərrəmov idarə edirdi.

"Aznet Kuboku"nda saytı olan 12 komanda iştirak edir. Hər qrupda ilk iki yeri tutan komandalar turnirin final mərhələsinə vəsiqə qazanacaq.

Növbəti mərhələyə vəsiqə qazanacaq komandalar bu sistemlə yarışacaqlar : A1-C2, C1-A2, B1-D2, D1-B2.

Xəbər lenti

Xəbər lenti