...

Rusiya baletinin ulduzu Anastasiya Voloçkova Bakıda çıxış edəcək

Cəmiyyət Materials 4 İyun 2008 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Dünya baletinin ulduzu Anastasiya Voloçkova iyunun 24-də Opera və Balet Teatrının səhnəsində "Jizel" tamaşası ilə çıxış edəcək. Adıçəkilən tamaşada o, Jizel rolunu ifa edəcək. Onun tərəfdaşı çox güman ki, Böyük teatrın solisti olacaq. Hazırda adıçəkilməyən rəqqsala danışıqlar aparılır.

A. Voloçkova artıq ikinci dəfədir ki, Bakıya gəlir. İlk dəfə Bakıda 2000-ci il mayın 5-də "Qu gölü" tamaşası ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti