...

Azərbaycanın regional televiziyası satılıb

Cəmiyyət Materials 9 İyun 2008 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz" Müstəqil Tele-Radio Şirkəti satılıb. Şirkətin yeni baş direktoru Fuad Cabbarovun bazar ertəsi Trend -a verdiyi məlumata görə, hazırda telekanalın hüquqi sənədlərinin qaydaya salınması işiləri aparılır.

Trend -un arayışı : "Kəpəz" Müstəqil Tele-Radio Şirkəti Azərbaycanın ilk müstəqil regional telekanalıdır. Telekanal 1993 -cü il iyulun 14 - də Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçib,1993 - cü il dekabrın 29 - dan etibarən, Rabitə Nazirliyinin icazəsi ilə 6 - cı metrik dalğadan yayımlanmağa başlayıb. Hazırda kanal, sutka ərzində 19 saat efirdə olmaqla, 10-a yaxın veriliş və gündəlik "Bu gün" informasiya proqramı ilə efirə çıxır. Şirkətin əvvəlki sahibi Rüfət Əsgərov Rusiyaya koçüb.

Cabbarov bildirib ki, yaxın bir il ərzində "Kəpəz" kanalında nəzərəçarpacaq dəyiyişikliklər baş verəcək. "Yeni prolqramlar efirə çıxacaq. Teleşirkət yeni müasir standartlara cavab verən texniki avadanlıqlarla təmin olunacaq. Kadr potensialının da yeniləndirilməsi prosesi həyata keiçriləcək" -deyə Cabbarov əlavə edib ki, yaxınlarda teleknal yeni binaya köçəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti