...

Rus dilini Azərbaycanın ikinci dövlət dili etməyə gərək yoxdur-aktyor Fuad Poladov

Cəmiyyət Materials 10 İyun 2008 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /TrendLife müx. Nigar Musayeva/

Məlumdur ki, bu yaxınlarda Rusiya Federasiyanın Dövlət Dumasında rus dilinin MDB ölkələri arasında ikinci dövlət dili olması haqqında təklif irəli sürülüb. Bu bizim ölkə üçün bir qədər təccüblü səslənir. Çünki get-gedə bizdə rus dilindən az istifadə etməyə başlayıblar. Buna baxmayaraq Milli Məclisin deputatı M. Zabelin Dövlət Dumasının bu təkliyini dəstəkləyir və ümid edir ki, rus dili yenidən Azərbaycanda bərpa ediləcək. Hələlik dövlət adamları bu sual haqqında fikirləşsələr də, bəzi mədəniyyət xadimləri öz fikirlərini bizimlə bölüşüb.

Eldar Mansurov bəstəkar: "Çox yaxşıdır ki, biz bugün rus dilində həm yazır, həm danışırıq. O ki, qaldı siyasi məsələlərə, mən onları müzakirə etmək istəməzdim. Azərbaycanda rus dilinin olub-olmasını dövlət qərar verir. Özümün yerinə deyə bilərəm ki, rus dilinə müsbət yanaşıram".

Natiq Rəsulzadə yazıçı: "Düşünürəm ki, bizim ölkəmizdə rus dili ikinci dövlət dili olsa, pis olmazdı. Çünki artıq 70 ildir ki, Azərbaycanda yaşayan bir çox insanlar bu dildə həm yazır, həm də danışır. Bundan əlavə gənc nəsil dili tez öyrənirlər. Məsələn indi bir çox gənclər ingilis dilində sərbəst yazır, danışır. Amma yaşlı nəsil üçün bu çox çətindir. Məncə rus dili əvvəlki kimi bərpa olunarsa, hər kəs üçün yaxşı olar".

Ondan fərqli olaraq Fuad Poladov belə düşünmür. "Dövlət dili-tək azərbaycan dili olmalıdır. Rus dili bizim ölkədə çox yaxşı öz yerini tutub. Ürəyi istəyən şəxs rus dilində yazır, oxuyur, danışır. Bu kifayyətdir. Rus dilini ikinci dövlət dili etmək isə artıqdır".

Xəbər lenti

Xəbər lenti