...

Azərbaycanın futbol klubu braziliyalı futbolçular arasında seçim edəcək

Cəmiyyət Materials 12 İyun 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə kubokunun qalibi olan "Xəzər-Lənkəran" klubuna Braziliyadan 10-a yaxın legioner futbolçu təklif olunub. Bu barədə cümə axşamı Trend -a "Xəzər-Lənkəran"ın mətbuat xidməti məlumat verib.

"Xəzər-Lənkəran" ölkə kubokunu qazanmaqla Azərbaycanı UEFA kubokunda təmsil etmək hüququ qazanıb. Hazırda komandada xeyli sayda braziliyalı futbolçular var. Klub rəhbərliyi onlara təklif olunan yeni legioner futbolçular arasında seçim edəcək.

Mətbuat xidmətinin verdiyi məlumata görə, "Xəzər-Lənkəran"ın Türkiyə yığma komandasının və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükürlə danışıqları hələ də davam edir. Klubun mətbuat xidməti bildirib ki, "Xəzər-Lənkəran" rəhbərliyi məşhur futbolçudan cavab gözləyir.

"Xəzər-Lənkəran" UEFA kubokuna hazırlaşmaq üçün iyunun 24-dən iyulun 10-dək Avstriyada təlim-məşq toplanışı keçəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti