...

Ukraynalı məşqçi Anatoliy Demyanenko İçəri Şəhərə aşiqdir

Cəmiyyət Materials 20 İyun 2008 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

"Gecələr şəhəri gəzməyi çox sevirəm. Ən çoxda İçəri Şəhəri. Mən demək olar ki, İçəri Şəhərə aşiqəm. Orda "Neftçi"nin çoxlu azərkeşləri yaşayır. Bundan əlavə sizdə çox gözəl parklar var. Yeni evlər tikilir. Bu da insanı sevindirir",-bu sözləri "Neftçi"nin baş məşqçisi ukraynalı Anatoliy Deməyanenko TrendLife-a söyləyib.

Ukraynalı məşqiçinin sözlərinə görə, Bakıda onu bir çoxları tanıyır. "Çox vaxt məni həmyaşıdlarım tanıyır. Düzdür gənclərdən də tanıyan olur. Bu yaxınlarda restoranların birinə gedib, pizza sifariş etdim. Sifarişin pulunu vermək istəyəndə mənə dedilər ki, artıq pulunuz ödənilib. Sən demə rizzanın pulunu yan masa da oturan gənc verib. Bir tərəfdən özümü bir az narahat hiss etsəm də, digər tərəfdən xoş idi. Xoş idi ona görə ki, gənclər məni tanıyır, hörmət edir".

Xəbər lenti

Xəbər lenti