...

Mehdi Hüseynzadənin həyatının naməlum anları sənədli filmdə açıqlanacaq

Cəmiyyət Materials 26 İyun 2008 11:43 (UTC +04:00)

Avstriya, Vyana, 26 iyun/ Trend , müxbir A.Ələsgərov/ Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin həyatının naməlum anları sənədli filmdə açıqlanacaq. Proqramın Slovakiya, İtaliya və Avstriyada aparılacaq çəkilişlər üzrə rəsmi görüşlərin təşkilatçısı, Azərbaycanın Avstriyadakı səfirliyinin müşaviri Gəray Muradovun Trend -a bildirdiyinə görə, film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər dövlət studiyasında Mehdi Hüseynzadənin 90 illik yubileyi münasibətilə çəkilir. Filmdə Mehdi Hüseynzadənin uşaqlıq və gənclik illəri haqda danışılacaq və həmyerlimizin həyatının naməlum səhifələri açıqlanacaq.

Əsas çəkilişlər Sloveniyanın Novo Qoritsa, Şonpas, Vitovle, Çepovan, İtaliyanın Triest və Avstriyanın Mathauzen şəhərlərində aparılacaq. Qəhrəman məhz bu şəhərlərdə döyüşüb. Filmin sənədli kadrları üçün xüsusi olaraq Rusiyanın dövlət arxivlərindən sənədlər yığılıb.

Xəbər lenti

Xəbər lenti