...

İspaniya və Almaniya yığmaları Avropa çempionatının finalında oynayacaqlar

Cəmiyyət Materials 27 İyun 2008 04:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend / Vyanada "Ernst Xappel" stadionunda Avropa çempionatının Rusiya və İspaniya yığmaları arasında oyun keçirilmişdir.

Güclü yağış altında keçən oyunun ilk dəqiqələrində ispanların xeyrinə oldu. Luis Araqonesin yetirmələri sağ cinahda öz hücumlarını təşkil edirdilər və orada Yuri Jirkovunan qarşılaşırdılar. Bir qədər sonra Rusiyanın oyunçuları topa nəzarəti gücləndirərək oyunu İqor Akinfeevin qapılarından uzaqlaşdırdılar.

Birinci taymın ortalarına aktivlik bir qədər düşdü. Komandalar uzaq top aytəşləri ilə bir birilərinə zərbə endirirdilər. Bu zərbələr təhlükəli idi. Lakin qapıçılar çox əla çıxış edirdilər.

Fasiləyə qədər hesab oyunda açılmadı.

50-ci dəqiqədə İqor Akinfeevin qapısına qolu Xavi Ernandes vurdu və bununla oyunda hesabı açmış oldu.

İkinci qolu 73-cü dəqiqədə Daniel Quisa vurdu.

83-cü dəqiqədə üçüncü topun müəllifi David Silva oldu. Beləliklə hesab 3:0 oldu

Oyunun axırına dək ispanlar rusiya oyunçularına bir top belə vurmağa imkan vermədilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti