...

İstanbulda Azərbaycanın Silahlı Qüvvələri gününə həsr olunmuş sərgi keçirilib

Cəmiyyət Materials 27 İyun 2008 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Dünən İstanbulda Azərbaycanın Silahlı Qüvvələri gününə həsr olunumuş sərgi keçirilib. Sərgidə 20-dən çox azərbaycanlı rəssamlar iştirak edib. TrendLife-ın verdiyi xəbərə görə, Ayasofiya məscidi qalereyasında keçirilən sərgi Azərbaycanın İstanbuldakı konsulu Səyyad Salahlı tərəfindən təşkil olunub. Sərgini giriş sözü ilə baş konsul Səyyad Salahlı və Günay Əfəndiyeva açıb.

Tədbirdə Ədalət Qara "Qarabağın Maralı-Nizami Gəncəvi", Sadiq Babayev (natürmort), Rafiq Əzizov "Çoban ailəsi", və digər rəssamların işləri nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti