...

İstanbulda QDİƏT ölkələrinin radio və televiziya nüməyəndələri toplaşıblar

Cəmiyyət Materials 30 İyun 2008 14:12 (UTC +04:00)

Türkiyə, Ankara, 30 iyun / Trend , müxbir T.Əliyev/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin radio və televiziya yayımlarını tənzimləyən qurumların rəhbərləri ilk dəfə bir araya gəliblər. Türkiyənin təşəbbüsü ilə İstanbulda keçirilən toplantıda 12 ölkənin nümayəndələri iştirak edir. Trend -un Turkiyədəki müxbirinin məlumatına görə, Azərbaycanı tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli təmsil edir.

Türkiyənin Radio Televiziya Ali Qurumunun rəhbəri Zahid Akman toplantının açılışında bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin radio və televiziya yayımlarını tənzimləyən qurumların forumu Avropa Yayım Qurumları Birliyi və Aralıq dənizi Yayım Qurumları Birliyi kimi mühüm regional birliklərdən biri olacaq.

Toplantıda quruma üzv olan ölkələrin radio və televiziya yayımlarını tənzimləyən qurumların inkişaf perspektivləri və birgə layihələrin həyata keçirilməsi müzakirə edilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti