Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Eldar Hüseynzadə/
Tanınmış ssenariçi və rejissor Ramiz Fətəliyev özünü akytor kimi sınayacaq. O, rejissoru Cahangir Mehdiyev olan "Ci-Mi" filmində çəkilir. "Çox şadıq ki, Ramiz Fətəliyev bizim filmdə çəkilməyə razılıq verib. Filmdə o, mənfi Braqanza rolunda oynayacaq. Məhz Branqanzaya görə, filmin qəhrəmanları Rafael və Coşğunun atası türməyə düşür. Əsərin sonunda Ci və Mi qardaşları Branqanzanı müttəhim kürsüsünə göndərirlər. Bundan əlavə filmdə R. Fətəliyevdən başqa Göyçək Fatimə də iştirak edəcək. Sizə bir sirr də açım ki, Ramiz Fətəliyev və Göyçək Fatimə onlara veriləcək qonarardan imtina ediblər. Sadəcə, onların bu hind layihəsində iştirak etməyə böyük maraqları var",-deyən prodüsser M. Abbasov bildirib.