...

Azərbaycanda mətbuat üzrə xüsusi Ombudsmanın təyin olunması aktual deyil - prezidentin İcra Aparatının şöbə müdiri

Cəmiyyət Materials 21 İyul 2008 21:01 (UTC +04:00)
Azərbaycanda mətbuat üzrə xüsusi Ombudsmanın təyin olunması aktual deyil - prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan hakimiyyəti hesab edir ki, ölkədə mətbuat üzrə xüsusi Ombudsmanın təyin olunmasına ehtiyac yoxdur. "Bu məsələ hazırda aktuallıq kəsb etmir", - Trend -un məlumatına görə, bunu bazar ertəsi prezidentin İcra Aparatının ictimai -siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov hesab edir ki, Azərbaycanda mətbuat üzrə xüsusi Ombudsmanın təyin olunmasındansa, "Mətbuat Şurası haqqında" Qanunun qəbul edilməsi daha məqsədəuygun ola bilər. Onun sözlərinə görə, jurnalistlər Mətbuat Şurasının daha da güclənməsində, Şuranın daha da nüfuzlu quruma çevrilməsində maraqlı olmalıdırlar. "Mətbuat Şurasının bugünkü nüfuzu Azərbaycan jurnalistikasının nüfuzuna adekvatdır", - deyə Həsənov bildirib.

Mətbuat Şurası 2003 - cü il martın 15 - də jurnalistlərin birinci qurultayında formalaşıb. Yarandığı gündən bu günədək quruma Əflatun Amaşov rəhbərlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti