...

Türkiyədə çıxış edən azərbaycanlı futbolçu klubunu dəyişib

Cəmiyyət Materials 1 Avqust 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanov Türkiyənin "Sivasspor" klubundan ayrılaraq, "Boluspor" komandasına keçib. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Qurbanov 2007-2008 - ci il futbol mövsümündə Türkiyənin Superliqa klublarından olan "Sivasspor"da çıxış edib. Azərbaycanlı futbolçu "Sivasspor"da ehtiyatda qaldığından, komandasını dəyişmək qərarına gəlib.

Azərbaycan yığma komandasının da üzvü olan futbolçu, Türkiyənin birinci liqa təmsilçisi olan "Boluspor"a icarə əsasında keçib. O, bu klubla icarə əsasında bir illik müqavilə bağlayıb.

Qurbanov əvvəllər Azərbaycan klublarından "Xəzər-Lənkəran"da çıxış edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti