...

Futbol üzrə Argentina yığma komandası Olimpiadanın qalibi oldu

Cəmiyyət Materials 23 Avqust 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust / Trend , müxbir R.Ergün/ Futbol üzrə Argentina yığma komandası Çinin paytaxtı Pekində keçirilən Olimpiadanın qalibi oldu.

Final oyununda Nigeriya komandası ilə qarşılaşan argentinalılar 58-ci dəqiqədə hesabı açdılar. Bundan sonra Nigeriya futbolçuları cavab qolunu vurmağa çalışsalar da, oyun 1:0 hesabı ilə Argentinanın xeyrinə başa çatdı.

Argentina millisi final oyununa çıxana kimi əbədi rəqiblərindən olan Braziliya ilə görüşərək, qələbə qazanmışdı.

Argentinanın heyətində Lionel Messi və Xuan Rikelme kimi məşhur futbolçular da Olimpiadada iştirak edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti