...

Futbol üzrə Azərbaycan yığmasının Uels və Lixtenşteynlə oyunlarını Az.TV kanalı canlı yayımlayacaq

Cəmiyyət Materials 5 Sentyabr 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının DÇ-2010 -nun seçmə mərhələsi çərçivəsində sabah Uelslə keçirəcəyi görüşü Az.TV kanalı canlı yayımlayacaq. Bu barədə cümə günü Trend -a Az.TV-nin İdman Proqramları Redaksiyasının baş redaktoru Elnur Əşrəfoğlu məlumat verib.

Uels - Azərbaycan oyunu Kardiff şəhərindəki "Millenium" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19.00 -da başlayacaq.

Əşrəfoğlu bildirib ki, sentyabrın 10 -da Bakıda keçiriləcək Azərbaycan - Lixtenşteyn görüşünü də Az.TV canlı yayımlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti