...

Azərbaycan prezidentinin təhsilin inkişafında rolunu əks etdirən kitab təqdim olunub

Cəmiyyət Materials 12 Sentyabr 2008 16:45 (UTC +04:00)
Azərbaycan prezidentinin təhsilin inkişafında rolunu əks etdirən kitab təqdim olunub

Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Cümə günü Bakıda ölkənin təhsil sisteminin inkişafında Azərbaycan prezidentinin rolunu əks etdirən kitabın təqdimat mərasimi keçirilib.

"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı" kitabı Təhsil Nazirliyi tərəfindən hazırlanıb.

Təqdimat mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, kitab 10 min tirajla nəşr olunub, təhsil müəssisələri və kitabxanalar üçün nəzərdə tutulub. "Nazirlik kitabın DVD formatını buraxmaq və tədris müəssislərinə təqdim etmək niyyətindədir", - deyə Mərdanov qeyd edib.

Nazirin sözlərinə görə, kitabda prezidentin təhsilin inkişafına dair sərəncamları və bu sahədə həyata keçirdiyi islahatlar yer alıb.

Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bildirib ki, İlham Əliyevin təhsil sahəsindəki siyasəti uğurla həyata keçir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti