...

Azərbaycanın təhsil qanununun qəbuluna mane olan mübahisəli məsələlər həll olunub - komissiya üzvü

Cəmiyyət Materials 12 Sentyabr 2008 18:31 (UTC +04:00)
Azərbaycanın təhsil qanununun qəbuluna mane olan mübahisəli məsələlər həll olunub - komissiya üzvü

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsinin qəbuluna mane olan mübahisəli məsələlər həll olunub. "Parlament tətildə olduğu dövrdə "Təhsil haqqında" qanun layihəsi üzərində xeyli iş aparılıb və payız sessiyasında layihə qəbul olunacaq", bu barədə cümə günü jurnalistlərə parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü, deputat Abel Məhərrəmov bildirib.

Trend -un arayışı: Azərbaycanın hazırda qüvvədə olan təhsil qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən parlamentdə yeni qanun layihəsinin hazırlanmasına başlanılıb. Lakin parlament, Təhsil, Maliyyə, Vergilər nazirlikləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və universitetlər arasında olan fikir ayrılığına görə qanun layihəsini qəbul etmək mümkün olmayıb. 2007-ci il dekabrın sonunda qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul olunub.

"Müəyyən problemli məsələlər var ki, onlar da tədricən öz həllini tapır. Qanun layihəsinin qəbuluna mane olan qaranlıq məqamlar yoxdur ", - deyə Məhərrəmov əlavə edib.

Komissiya üzvü vurğulayıb ki, qanun layihəsi bir necə ildir müzakirə olunur. O qeyd edib ki, layihəyə xeyli rəylər verilib və sənəd xalqın dəstəyini qazanıb.

Onun fikrincə, bir sıra vacib məsələlər qanun layihəsində əks olunmalıdır: "Təhsilin bir pilləsindən digərinə keçəndə əvvəlki mərhələnin uğurları nəzərə alınmalıdır. Əgər şagird orta məktəbdə yaxşı oxuyursa, ali məktəbə daxil olunda bu nəzərə alınmaldır. Onda orta məktəbdə oxuyan digər şagirdlər görər ki, yaxşı oxumaq, dərsə vaxtında gəlmək, nümunəvi şagird olmaq ali məktəbə daxil olanda üstünlük yaradır. Bu, orta məktəbin inkişafına kömək edəcək".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti