...

Azərbaycanda qeydiyyatı ləğv olunmuş Seçki Monitorinq Mərkəzinin kassasiya şikayətini məhkəmə geri qaytarıb

Cəmiyyət Materials 19 Sentyabr 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , K.Zərbalıyeva/ Azərbaycanda qeydiyyatı ləğv olunmuş Seçki Monitorinq Mərkəzinin kassasiya şikayətini məhkəmə geri qaytarıb.

Ali Məhkəmə qediyyatın ləğvi ilə bağlı qətnamənin dərhal icrası ilə bağlı qəbul edilən qərərdadın ləğvini tələb edən SMM-ə vəkil tutulmasını məsləhət görüb.

Trend -un arayışı: Bu il mayın 14-də Bakının Xətai rayon məhkəməsi Seçki Monitorinq Mərkəzinin qeydiyyatını ləğv edib.

Bu barədə məhkəməyə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi müraciət edib.

SMM ilk dəfə 14 mart 2006-cı ildə qeydiyyata alınması üçün təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Nazirliyin müvafiq idarəsi texniki bəhanələr gətirərək təsis sənədlərini qeydiyyata almayıb və SMM-in dövlət qeydiyyatına alınmaq üçün müraciətindən 5 dəfə imtina olunub.

Bu ilin fevralında isə SMM dövlət qeydiyyatına alınıb.

Nazirlik SMM-in qeydiyyatının ləğvi barədə iddiasını təşkilatın təsis sənədlərində təsisçilər barəsindəki məlumatların qeyri-müəyyən olması, təşkilatın hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın nazirliyə bildirilməməsi, SMM-in Azərbaycanın 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməsi ilə əsaslandırıb.

Təşkilatın həmtəsisçisi Anar Məmmədli bildirib ki, onlar Vəkillər Kollegiyasına (VK) vəkillə təmin olunması üçün müraciət ediblər.

VK onların bu müraciətinə müsbət cavab versə də, cümə günü keçirilən proseə vəkil gəlməyib. Bu səbəbdən də Ali Məhkəmə şikayəti geri qaytarıb.

Məmmədli vəkillə təmin olunmaq üçün yenidən VK-yə müraciət edəcəklərini deyib.

Mülki-Prosessual qanunvericiliyə edilən yeni dəyişikliyə əsasən, mülki işlərlə bağlı Ali Məhkəməyə müraciət etmiş tərəf bu instansiyada mütləq vəkillə çıxış etməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti