...

Fransız alimlər Naxçıvanda tədqiqatlar aparır

Cəmiyyət Materials 20 Sentyabr 2008 07:01 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend, müxbir E.Məmmədov/ Fransanın bir neçə tanınmış alimi Naxçıvan Muxtar Respublikasında səfərdədilər.

Səfərin məqsədi muxtar respublikanın çoxillik meyvə bitkilərinin genetik ehtiyatlarının virus xəstəliklərini aşkara çıxarmaqdan ibarətdir. Belə ki, viruslar çoxillik meyvə bitkilərinin genetik ehtiyatlarına hədsiz dərəcədə ziyan vurduğundan bölgədə bol meyvəli ağaclar məhv olur.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Tariyel Talıbov ї Trend їun bölgə müxbiri ilə söhbəti zamanı qeyd edib ki, Azərbaycanda bu sahədə mütəxəssis olmadığından meyvəçilik təsərrüfatına dəyən ziyanın qarşısını almaq və gənc kadrlar hazırlamaq üçün Fransadan bu sahədə tanınmış alimlər dəvət olunublar. Alimlər elmi-tədqiqat aparmaq məqsədilə Azərbaycan üzrə çəyirdəkli meyvələrin ən geniş yayıldığı zona kimi tanınan Naxçıvan Muxtar Respublikasını seçiblər.

İki gün muxtar respublikanın ayrı-ayrı bölgələrini gəzən fransalı alimlərə əvvəlcə qədim Naxçıvanın flora və faunası haqqında ümumi məlumat verilib, onlar bölgənin təbiətiylə əyani tanış olublar. Qonaqlar AMEA-nın "Nəbatat bağı"nda, Ordubad rayonunun Əndəmic, Nüsnüs, Babək rayonunun Qahab, Zeynəddin kəndlərində müşahidələr aparıb, tədqiqat materialları toplayıblar.

Fransalı alimlər Alaien Khey-pour Nay-bin Ahmad, Veronique Du Jrook və Helen Humay Dəşti Khey-pour Nay-bin Naxçıvanla əyani tanışlıqdan zövq aldıqlarını, yaxın gələcəkdə yenə görüşəcəklərinə, tədqiqat işlərinin davamlılığına ümid etdiklərini bildiriblər. Onlar sevindirici hal kimi qeyd ediblər ki, muxtar respublikada meyvə ağaclarında virus xəstəliklərinə demək olar ki, rast gəlinmir.

Bu gün muxtar respublika səfərini başa vuran alimlər müxtəlif meyvə ağaclarının yarpaqlarını analiz etmək üçün özləri ilə Fransaya aparacaqlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti