...

"Əli və Nino" romanının müəllifi ilə bağlı daha bir yanlışlıq aradan qaldırılıb

Cəmiyyət Materials 22 Sentyabr 2008 19:53 (UTC +04:00)
"Əli və Nino" romanının müəllifi ilə bağlı daha bir yanlışlıq aradan qaldırılıb

Azərbaycan, Bakı, 22 sentyabr/Trend Life, müxbir Nigar Musayeva/ "Əli və Nino" romanının müəllifi, azərbaycanlı mühacir yazıçı Məhəmməd Əsəd Bəylə  bağlı (Qurban Səid) qarşı tarixi ədalətin bərpası davam edir. Bu dəfə   yazıçının İtaliyanın Pozitano şəhərciyindəki   qəbiristanlıqda,başdaşı yazısı ilə bağlı olub.

Aydın olub ki, indiyədək qəbirüstü daş müsəlman qaydalarına uyğun olmayan şəkildə yerləşdirilib ki, bu da, şübhəsiz, Əsəd Bəyin ürəyincə olmazdı... Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına institutun direktoru, şairə Nuridə Atəşi Pozitanoya səfəri zamanı bu səhvi aşkarlayıb və dərhal onu düzəltmək üçün qızğın fəaliyyətə başlayıb. Onun tərəfindən dini ekspertlərin və Almaniyanın səlahiyyətli orqanlarının rəyi alınıb, İtaliyanın hakimiyyət orqanlarına rəsmi müraciətlər yazılıb və s.

Pozitano icra hakimiyyətinin rəhbəri Domeniko Merrenenin yardımı ilə qəbirüstü daşa "düzəlişlərin edilməsi" mərasimində molla,  mətbuat nümayəndələri, şəhər ziyalıları və Azərbaycan diasporunun nümayəndələri və Əsəd Bəy haqqında film çəkən "Berlin Um Velt" kinostudiyasının çəkiliş qrupu iştirak edib.

"Biz ümid edirik ki, indi Məhəmməd Əsəd Bəyin ruhu şad olacaq", - Atəşi Trend Life-a bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti