...

Heydər Əliyev Fondu Paralimpiya Oyunlarının qalibləri üçün təqaüdlər təsis edib

Cəmiyyət Materials 26 Sentyabr 2008 15:42
Heydər Əliyev Fondu Paralimpiya Oyunlarının qalibləri üçün təqaüdlər təsis edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir S.Ağayeva/ Heydər Əliyev Fondu Paralimpiya Oyunlarının qalibləri üçün təqaüdlər təsis edib. Təqaüdçülər siyahısında Sidney, Afina və Pekin Paralimpiya Oyunları qaliblərinin adları var.

Azərbaycan son illərdə dünyada idman ölkəsi kimi məşhurlaşıb, - cümə günü Bakıda Fondun prezidenti,  UNESCO və ISESCO - nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan paralimpiyaçıları ilə görüşdə deyib.

Cari ildə Azərbaycan idmançılarının Olimpiya və Paralimpiya Oyunlarındakı son nəticələri bunu bütün dünyaya nümayiş etdirib,- Azərbaycanın birinci xanımı bildirib.

Azərbaycan idmançıları Pekində 17 medal qazanıblar.   
Heydər Əliyev Fondunun rəhbərliyi Paralimpiya Oyunlarının bütün 11 mükafatçısı üçün təqaüdlər təyin edib.

Xəbər lenti

Xəbər lenti