...

Naxçıvanda mədəniyyət işçilərinə fəxri adlar verilib

Cəmiyyət Materials 27 Sentyabr 2008 10:34 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 27 sentyabr / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafında xidməti olan bir qrup şəxsə fəxri adlar verilib.

Trend -un məlumatına görə, Naxçıvan MR Ali Məslisinin sədri Vasif Talıbovun sərəncamı ilə 5 nəfərə - Əbülfəz Hüseyn oğlu İmanov, Günay Fəxrəddin qızı Qurbanova, Kəklik Vəliyyədin qızı Novruzova, Vüsal Elman oğlu Rzayev və Elxan Cəfər oğlu Şeyxova əməkdar artist fəxri adı, 3 nəfərə Zərifə İsmayıl qızı Ağayeva, Canpolad Səməd oğlu Məmmədov və Fikrət Əli oğlu Tarverdiyevə əməkdar mədəniyyət işçisi, Səyyad Məmiş oğlu Bayramova əməkdar rəssam fəxri adı verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti