Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ İnternet saytlarında Azərbaycan ordusunda əsgərlərə işgəncə verilməsi ilə bağlı yayılmış videogörüntülərlə bağlı, Müdafiə Nazirliyi araşdırma aparır.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bazar ertəsi Trend - a bildirib ki, yayılan görüntülər reallığı əks etdirmir və orduya qarşı planlaşdırılmış təxribatdır.
"Milli ordumuzda vəhşilik!!!" başlıqlı videoçarxda hərbi xidmətə yeni çağırılmış əsgərlər "dembel"lər tərəfindən alçaldılıb.
Görüntülər tam aydın olmadığı üçün, döyənlərin rütbələrini müəyyən etmək mümkün deyil.
Sabiroğlu deyib ki, bir qrup şəxs hərbi paltar geyinərək tamaşa yaradıb. їMüdafiə Nazirliyi bununla əlaqədar ciddi araşdırmalar aparır. Bugünədək hansısa hərbi hissədə belə bir hadisənin baş verdiyi təsdiq olunmayıbї,- deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Sabiroğlunun sözlərinə görə, bu görüntülərin yayılmasında məqsəd ordunu gözdən salmaq, ordu haqqında cəmiyyətdə yanlış fikir formalaşdırmaqdır.
їAzərbaycan Ordusunu güclü görmək istəyən şəxs bu görüntüləri Müdafiə Nazirliyinə təqdim etməliydi. Bir nəticə olmadığını gördükdə, bunu ictimailəşdirməkdə haqlı olardı. Real faktları varsa, yenə də nazirliyə təqdim edə bilərlərї,- Sabiroğlu bildirib.
Hərbi ekspert Üzeyir Cəfərov isə, yayımlanan görüntülərin reallığı əks etdirdiyini deyib və bildirib ki, bununla bağlı Müdafiə Nazirliyi və digər aidiyyatı qurumlar dərhal araşdırma aparmalı və təxirəsalınmaz tədbirlər görməlidirlər.
Görüntülərdəki səhnənin süni şəkildə kimlərsə tərəfindən qurulmasını rədd edən ekspert bildirib ki, heç kimə belə bir tamaşanın oynanılmasına ixtiyar verilməyib.
їBurada onlarla əsgərin şərəf və ləyaqəti alçaldılıb, təhqir olunub. Belə faktları bilib göz yummaq gələcəkdə bu qəbildən olan hadisələrə meydan aça bilərї, - deyə Cəfərov bildirib.
Azərbaycan Hərbi Prokuroluğu isə, məsələyə münasibət bildirməyib.
Azərbaycan İşgəncələr Əleyhinə Komitənin ötən ilki hesabatrında Silahlı Qüvvələr işgəncə faktları daha çox qeydə alınan qurum kimi qeyd olunmuşdu. Hesabatda Orduda işgəncədən ölüm faktlarının olduğu da qeyd edilmişdi.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]