...

Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi gənc klubların səviyyəsinin artacağına ümid edir

Cəmiyyət Materials 9 Oktyabr 2008 13:51 (UTC +04:00)
Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi gənc klubların səviyyəsinin artacağına ümid edir

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir R.Novruzov/ Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi yaxın iki ildə ölkənin gənc futbol klublarının ciddi turnirlərin seçmə mərhələlərində iştirak etmək üçün kifayət qədər hazırlıqlı olacaqlarına ümid edir.

"Klublar səviyyələrini qaldırmaq üçün gənc şəxsi bölmələrə malik olmalıdırlar. Mən ümid edirəm ki, yaxın iki ildə Azərbaycanın bütün futbol klublarının yüksək hazırlıq səviyyəsinə malik U19, U15 i U17 komandaları olacaq", - deyə Azərbaycanın futbol üzrə milli yığmasının almaniyalı məşqçisi Berti Foqts uefa.com.-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, çətin ki, Azərbaycan futbolu Almaniya, Finlandiya və Rusiya ilə layiqli mübarizə apara biləcək səviyyədə kifayət qədər sürətlə inkişaf etsin. "Hazırda bizim kifayət qədər gücümüz yoxdur, lakin komandada U21 qrupundan olan olduqca istedadlı altı oyunçu var və ola bilsin ki, bin neçə ildən sonra biz ciddi turnirlərdə kvalifikasiya uğrunda mübarizə apara bilək", - deyə Foqts bildrib.

Məşqçi Azərbaycan yığmasına təyinatını ciddi çağırış hesab edir. "Elə bil mən 90-cı illərə, karyeramın başlanğıcına qayıtmışam və bu mənim üçün çox maraqlıdır", - deyə o bildirib.

Foqts Azərbaycan yığmasına cari ilin aprel ayında baş məşqçi təyin edilib. Komanda yeni məşqçinin rəhbərliyi altında artıq altı oyun keçirib, yekunda üç məğlubiyyət, iki heç-heçə və bir qələbə qazanıb.

Almaniyanın futbol üzrə yığma komandası 1996-cı ildə Foqtsın rəhbərliyi altında Avropa çempionu olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti