Azərbaycan, Bakı, 21 oktyabr/ Trend Life , müxbir Eldar Hüseynzadə /
Noyabrın 10 - da Türkiyənin Bursa şəhərində "Azərbaycan karikaturası dünən və bu gün" sərgisi təqdim olunacaq. Azərbaycan Karikaturaçılar İttifaqının sədri Bayram Hacızadənin TrendLife -a verdiyi məlumata görə, bu, Azərbaycan və Türkiyə karikaturaçılarının birgə layihəsi olacaq. Sərgi Bursa bələdiyyəsi, Bursa İcara Hakimiyyətinin mədəniyyət şöbəsinin dəstəyi ilə reallaşdırılacaq. Sərgi Hacızadənin "Azərbaycan karikaturası: dünən və bu gün" kitabı əsasında hazırlanıb. Burada 1906 - cı ildən, "Molla Nəsrəddin" satirik jurnalının ilk nəşri ilə əsası qoyulan Azərbaycan karikaturasının inkişaf tarixini əhatə edəcək 100 karikatura nümayiş olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]