Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir R.Ergün/ MDB və Baltikyanı ölkələri çempionlarının iştirakı ilə baş tutacaq XVII "Birlik kuboku" yarışının yeri və vaxtı müəyyənləşib.
Futbol üzrə Azərbaycan çempionu "İnter"in də iştirak edəcəyi "Birlik kuboku" Moskva şəhərində keçiriləcək. Rusiya mətbuatının verdiyi məlumata görə, turnir 2009 - cu il yanvarın 17-25 -də keçiriləcək.
Bu ilin yanvarında Sankt - Peterburq şəhərində keçirilmiş "Birlik kuboku"nun qalibi Azərbaycanın "Xəzər-Lənkəran" klubu olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]