Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klbunun Fan - klubu bu gün keçirilən Azərbaycan kubokunun "Neftçi" - MOİK oyununa gəlməyib. Trend - un Tofiq Bəhramov adına Respublika stadionundan məlumat verən əməkdaşının sözlərinə görə, matçı 20 -30 azarkeş izləyib. Fan - klub üzvlərindən isə, heç kim stadionda gəlməyib.
Dünən "Neftçi" klubundan altı futbolçu - Rəşad Sadıqov, Georgi Adamiya, Aleksandr Çertoqanov, Levent Kartop, Rəşad Sadiqov və Elnur Allahverdiyev kənarlaşdırılıb.
"Neftçi" nin baş məşçisi MOİK-lə oyunda komandanın daha bir əsas heyət oyunçusunun xidmətinə ehtiyac dumayıb. Almaniyalı Hans Yurgen Gede serb qapıçı Vladimir Miçoviçi gənc Anar Nəzirovla əvəzləyib.
"Neftçi" - MOİK oyunu saat 15.00 - da başlayıb. Qarşılaşmanın 3 - cü dəqiqəsində MOİK-in oyunçusu Tural Cəfərzadə hesabı açıb. Oyun davam edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]