...

Azərbaycan yığmasının alman baş məşqçisi albanlarla oyuna yeni futbolçular dəvət edib

Cəmiyyət Materials 7 Noyabr 2008 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir R.Ergün/ Noyabrın 19-da Albaniya ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan yığma komandasının heyəti açıqlanıb.

Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqts Bakıda keçiriləcək oyuna bir neçə yeni futbolçu dəvət edib.

Foqtsun dəvət göndərdiyi futbolçulardan Tural Cəlilov (Simurq), Zahid Quliyev (MOİK), Mixail Zaytsev (Diesel) və Novruz Məmmədov yığma komandaya ilk dəfə çağırılıblar.

Almaniyalı baş məşqçi albanlarla görüşdə dörd qapıçının xidmətindən istifadə edəcək: Fərhad Vəliyev (Qarabağ), Rauf Mehdiyev (Olimpik), Kamran Ağayev (Xəzər-Lənkəran), Anar Nəzirov (Neftçi).

Azərbaycan -Albaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti