...

Türkiyə Futbol Federasiyasının keçmiş vitse-prezidenti "Bakı" klubunda işləyəcək

Cəmiyyət Materials 11 Noyabr 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ Türkiyə Futbol Federasiyasının keçmiş vitse-prezidenti Kemal Kapulluoğlu Bakıya gəlib. Bu barədə Trend -a "Bakı" futbol klubunun mətbuat xidmətindən məlumat verilib.

Kapulluoğlu "Böyük "Bakı" FK 2012" layihəsində yer alan "Hüquqi xidmətlər - FİFA və UEFA ilə münasibətlər" bölməsində məsləhətçi kimi fəaliyyət göstərəcək.

Mətbuat xidmətindən verilən məlumata görə, klubun inşaat layihələri ilə tanış olan hüquqşünas, "Bakı"nın vitse-prezidentləri - Zeynal Məmmədov və Tunc Afşarla görüşüb.

"Yaxın günlərdə 7 il FİFA-nın Oyunçuların Statusu Komitəsinin rəhbəri vəzifəsində çalışmış Gianpaola Moneteneri də seminar keçirmək üçün klubumuz tərəfindən Bakıya dəvət olunacaq", - deyə Kapulluoğlu bildirib.

Kapulluoğlu Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarında hüquqşünas vəzifəsində də çalışıb.

Türkiyəli vəkil Bakıya klubun prezidenti Hafiz Məmmədovun dəvəti ilə gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti