...

Azərbaycan müğənnisi Tünzalə Ağayeva Çexiyanın Mançester şəhərində konsert verəcək

Cəmiyyət Materials 12 Noyabr 2008 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend Life, müxbir Eldar Hüseynzadə/ Azərbaycanın əməkdar artisti, populyar müğənni Tünzalə Ağayeva Çexiyanın böyük dəmiryolu qovşağına görə Çexiyanın Mançesteri adlandırılan Brno şəhərində konsert verəcək. Müğənninin prodüsseri Yalçın Cabbarov Trend Life-a bildirib ki, çıxış noyabrın 19-da baş tutacaq. Konsert Çexiyanın Azərbaycandakı səfirliyinin dəvəti ilə keçiriləcək. Ağayeva Brnoda özünün bu il cazmen Cəmil Əmirovla birgə hazırlanmış yeni "Ölkəm" proqramını təqdim edəcək.

İki il əvvəl Ağayeva Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Müğənninin bu il təqdim edilmiş  "Oxu" və "Ölkəm" layihələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ağayeva "Bakı payızı" musiqi müsabiqəsinin qalibidir. Müsabiqədə qələbə qazandıqdan sonra o, bütün Azərbaycanda məşhurlaşıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti