Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir R.Ergün/ Voleybol üzrə Azərbaycan yığma komandasının üzvü Natalya Məmmədovanın çıxış etdiyi Türkiyənin "Türk Telekom" klubu Çempionlar Liqasında keçirdiyi ikinci oyunda məğlub olub.
"Türk Telekom" səfərdə Serbiyanın "Postar 064" klubu ilə görüşərək, bütün setlərdə məğlub olub - 0:3.
Voleybol üzrə Çempionlar Liqasında A qrupunda mübarizə aparan Türkiyə klubu növbəti oyununu Fransanın "Kann" komandasına qarşı keçirəcək.
Məmmədova voleybol üzrə Azərbaycan yığmasının aparıcı üzvüdür. O, əvvəllər Azərbaycanın "Azərreyl" klubunda çıxış edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]