...

Ukrayna Azərbaycanın bütün ölkə üzrə olimpiya mərkəzlərinin tikintisində olan təcrübəsində maraqlıdır - nazir

Cəmiyyət Materials 14 Noyabr 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend müxbir C.Babayeva/ Ukrayna Azərbaycanın respublikanın hər bir regionunda olimpiya mərkəzləri, hovuza malik bədən tərbiyəsi-sağlamlıq komplekslərinin tikintisində olan təcrübəsində maraqlıdır

"Ukrayna prezidenti də bizim idarə qarşısında bu vəzifəni qoyub - hər əyalət və rayonda yeni idman kompleksləri tikmək. Öz tərəfimizdən idman obyektlərinin tikintisi üzrə təkliflər təqdim etmişik", - Ukraynanın ailə, gənclər və idman naziri Yuri Pavlenko cümə günü Bakıda jurnalistlərə bildirib.

Pavlenko ikigünlük səfərlə Bakıdadır. Səfərin məqsədi Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Ukraynanın Ailə, Gənclər və İdman Nazirliyi arasında Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfəri zamanı imzalanmış "Gənclər siyasəti və idman sahəsində 2008-2009-cu illər üçün əməkdaşlıq proqramı"nın bəndlərinin müzakirəsidir.

"Azərbaycan və Ukrayna arasında gənclər və idman sahələrində sıx münasibətlər var", - Pavlenko bildirib. "Bu il ərzində Azərbaycanla birgə idman sahəsində təxminən 20 tədbir keçirilib. İki ölkənin gənclər təşkilatları GUAM çərçivəsində əməkdaşlıq edirlər", - nazir deyib.

Ölkə prezidentinin sərəncamı ilə 2000-ci ildən Azərbaycanın müxtəlif şəhər və rayonlarında təxminən 20 müasir olimpiya kompleksi tikilib.

Xəbər lenti

Xəbər lenti