Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılıb.
Trend -un məlumatına görə, parlamentin çərşənbə axşamı keçirilən iclasında 2009-cu ilin dövlət büdcəsindən mətbuata 1,3 mln. manat vəsaitin ayrılması təsdiqlənib.
Parlamentin iclasında 2009-cu ilin dövlət büdcəsi təsdiq olunub.
Azərbaycanın 2009-cu il dövlət büdcəsində gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində nəzərdə tutulub. Bu isə 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]