Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan ətraf mühitin mühafizəsində Koreya Respublikasının təcrübəsinə əsaslanacaq.
"Azərbaycan ekoloji cəhətdən müasir davamlı yaşayış məntəqəsinin layihələndirilməsi, geoloji işlərin təşkilində, montorinq sisteminin müasirləşdiriməsində Koreyanın təcrübəsindən istifadə edəcək. Koreyanın müvafiq dövlət qurumları və biznes dairələri Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərməkdə maraqlıdırlar", - deyə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çərşənbə günü jurnalistlərə bildirib.
Trend - un arayışı: Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Ətraf Mühit Nazirliyi arasında Ətraf Mühit üzrə Birgə Komitənin Əsasnaməsi imzalanıb.
Nazirin sözlərinə görə, Azərbaycan Koreya şirkətlərinin sutəmizləyici qurğularının istehsalının təşkilində maraqlıdır. "Azərbaycanda həmin avadanlıqların istehsalı təşkil olunsa, bazarın imkanları bunun geniş yayılmasına imkan verəcək", - deyə Bağırov bildirib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]