...

Azərbaycanda xarici radiostansiyaların yayımlanması dövlətlərarası sazişlərdən asılı olacaq

Cəmiyyət Materials 3 Dekabr 2008 12:40 (UTC +04:00)
Azərbaycanda xarici radiostansiyaların yayımlanması dövlətlərarası sazişlərdən asılı olacaq

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycanın Milli Televiziya və Radio Şurası hesab edir ki, Azərbaycanda xarici radiostansiyaların yayımlanması dövlətlərarası sazişlərdən asılı olacaq.

Şura üzvü Qafar Cəbiyev çərşənbə günü Trend -a bildirib ki, Azərbaycanda xarici radiostansiyaların yayımlanması dövlətlərarası sazişlərdən asılı olacaq.

Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli noyabrın əvvəlində bildirib ki, 2008-cu ilin sonunadək Azərbaycan ərazisində "BBC", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının birbaşa efirdə yayımlanması dayandırılacaq.

"Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum ediləcək. Xarici radio stansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəlsilə yayımlana bilər", - deyə Məhərrəmli bildirib.

Cəbiyev bildirib ki, "BBC", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının aid olduğu ölkələrlə razılıq əldə olunacağı təqdirdə, xariciradiostansiyaların lisenziya müddəti uzadıla bilər.

O vurğulayıb ki, Şura rəhbərliyi öz mövqeyini çərşənbə günü Bakıda baş tutan görüşdə ABŞ-ın Radioyayım Departamenti nümayəndələrinin diqqətinə çatdırıb. Cəbiyevin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, xarici fiziki və hüquqi şəxslər lisenziyanın alınması üzrə keçirilən müsabiqələrdə iştirak edə bilməzlər.

O, Şuranın bu radiostansiyalara yeni lisenziyanın verilməsi və ya onların müddətinin uzadılması barədə hələ yekun qərar vermədiyini bildirib və əlavə edib ki, qərarın ilin sonunadək qəbul olunacağı gözlənilir.

ATƏT, AŞ və digər beynəlxalq təşkilatlar, Azərbaycan ərazisində radiostansiyaların bağlanmasına dair qərarı tənqid edib və ölkə rəhbərinə radiostansiyaların bağlanmasına yol verilməməsi xahişi ilə müraciət ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti