...

Mini futbol üzrə "Aznet" Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib

Cəmiyyət Materials 10 Dekabr 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın İnternet portalları arasında təşkil olunan mini futbol üzrə ənənəvi "Aznet" Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Turnirin təşkilatçısı olan Trend in komandası "Azeri Fans"la görüşdə böyükhesablı qələbə qazanıb - 11:6.

1/4 final mərhələsinin digər oyunları belə nəticələnib: "Armada" - "TİD Konsulting" 6:6 (10:9), "Azercell" - "Eylence" 6:1, "Baku Reds" - "Statoil Hydro" 5:1.

"Aznet" Kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra turnirin bombardirləri siyahısına hesabında 17 qol olan Vüsal Qasımzadə (TİD Konsulting) başçılıq edir. Hesabında 12 qol olan Oleq Zemcov (Trend) isə bombardirlər siyahısında ikinci yeri tutur.

"Aznet" Kubokunun oyunları "Olimpik Star" idman kompleksində keçirilir.

Turnirin sponsoru "Rest" restoranıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti