...

Azərbaycanın şimal-qərbində ilk qar yağıb

Cəmiyyət Materials 11 Dekabr 2008 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın şimal-qərb regionunda - Balakən, Zaqatala, Qax, Şəki, Oguz və Qəbələ rayonlarına dekabrın 11-nə keçən gecə ilk qar  yağıb.

Azərbaycanın Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yaxın bir neçə gün ərzində respublika ərazisində havanın hərarəti 4-5 dərəcə aşağı enəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacaq.

Şəki  Regional Hidrometeorologiya Şöbəsindən cümə axşamı Trend -a bildiriblər ki, bölgəyə yağıntı gecə saat 02.00 radələrindən düşməyə baslayıb.

Daha  çox yagıntı Qax rayonunun İlisu və Şəkinin Kiş kəndlərinə düşüb. Hazırda İlisuda 15, Kish kəndində  qarın hündürlüyü 14 sm-dir. Yagıntı bölgədə hələ də davam etsə də, qar örtüyü 4- 5 mm təşkil edir. Rayonlarda yağan qarın nəticəsində yolların buz baglaması və nəqliyyatın hərəkətində maneələr müşahidə edilmir. Regional Hidrometeorologiya Şöbəsindən yagıntının bölgədə dekabr ayının 13-dək davam  edəcəyi bildirilir. Qeyd edək ki, keçən il  bölgəyə ilk qar dekabr ayının 2-də  yagmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti