...

Bakıda Əbu Bəkr məscidinin fəaliyyətinin bərpası üçün yekun rəyi hüquq - mühafizə orqanları verəcək - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 18 Dekabr 2008 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda fəaliyyəti dayandırılmış Əbu Bəkr məscidinin fəaliyyətinin bərpası üçün yekun rəyi hüquq - mühafizə orqanları verəcək. "Məsciddə Azərbaycan tarixində təsadüf olunmayan ağır cinayət hadisəsi baş verib və hazırda həmin faktla bağlı istintaq davam etdirilir" - Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Trend - un arayışı: Bu il avqustun17- də, təqribən saat 20.50 - də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb, terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsi barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Dövlət Komitəsinin rəhbəri məscidin mülkiyyəti ilə bağlı məsələnin də istintaqın gedişində müəyyənləşdiriləcəyini bildirib. Orucov deyib ki, Əbu Bəkr məscidi vaxtilə bir xarici şirkət tərəfindən inşa olunub və indiyədək nəzarətsiz qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti