...

Bakıda Dünya Azərbaycanlıları Xartiyası qəbul edilib

Cəmiyyət Materials 18 Dekabr 2008 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir C.Babayeva/ Dünya Azərbaycanlıları Koordinasiya Şurasının cümə axşamı Bakıda keçirilən iclasında Dünya Azərbaycanlıları Xartiyası qəbul edilib.

Xartiyanın məqsədi bütün dünyada yaşayan azərbaycanlıların birləşdirilməsi, Azərbaycan diasporunun tarixi vəzifələrini əks etdirən Azərbaycan ideologiyasına əsaslanmış vahid konsepsiyanın hazırlanması və digər məsələlərdir.

Sənəd xaricdə yaşayan azərbaycanlıların hüquqlarının təmin edilməsinin mexanizm və prinsiplərini müəyyən edəcək.  Bundan başqa, Xartiyanın məqsədi azərbaycanlıların inteqrasiyası yolunda problemlərin aradan qaldırılması, onların fəallığının artırılması, milli dəyərlərin saxlanmasıdır.

Sənəddə "erməni soyqırımı", ermənilərin Azərbaycan xalqına qarşı terroru və s. məsələlərilə bağlı diasporun vəzifələri müəyyən edilib.

Xartiya, dünya azərbaycanlılarının hər hansı bir ideyanı həyata keçiriərək mərkəzləşdirilmiş fəaliyyət göstərmələri və Azərbaycan lobbisinin yaradılması üçün bir-biri ilə daha sıx əməkdaşlıq etmələri məqsədilə onların birləşməsini təmin edəcək.

Mətnin hazırlanmasına 20 - dək alim cəlb edilmişdi Xartiya, Azərbaycanın Diaspor ilə  İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.

Dekabrın 18 - 19 - da Bakıda "Azərbaycan - Şərqə qapı" mövzusunda tədbirlər çərçivəsində, Dünya Azərbaycanlıları Koordinasiya Şurasının iclası keçirilir.  Tədbirlər hər il dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Koordinasiya Şurası dünya azərbaycanlılarının 2001- ci il noyabrın 9-10 - da keçirilmiş I qurultayında yaradılıb və tərkibinə, 45 - i xaricdə yaşayan 109 üzv daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti