...

Azərbaycanlı şahmatçı Qran-Pri turnirinin qalibi olub

Cəmiyyət Materials 29 Dekabr 2008 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dеkаbr/ Trend News, müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Elista şəhərində keçirilən, FİDE-nin Qran-Pri turnirinin qalibi olub.

Rəcəbov turnirin sonuncu turu çərçivəsində rusiyalı Aleksandr Qrişukla görüşərək, heç-heçə edib.

Azərbaycanlı şahmatçı ilə eyni - 8 xal toplayan Qrişukla rusiyalı Dmitri Yakovenko Qran-Pri turnirində 2-3-cü yerləri bölüşüblər.

Qran-Pri turnirində iştirak edən digər azərbaycanlı şahmatçı - Vüqar Həşimov isə yarışı 4-cü yerdə başa vurub. Hesabında 6,5 xalı olan Şəhriyar Məmmədyarov isə rəqibləri ilə 5-9-cu yerləri bölüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti