...

Türkiyədə təlim-məşq toplanışında iştirak edəcək azərbaycanlı futbol hakimlərinin adları məlum olub

Cəmiyyət Materials 29 Dekabr 2008 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dеkаbr/ Trend News, müxbir R.Ergün/ Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək azərbaycanlı futbol hakimlərinin adları məlum olub. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Gələn il, yanvar ayının 17-dən 30-dək keçiriləcək toplanışda 21 baş hakim, 25 laysman iştirak edəcək. Toplanış çərçivəsində hakimlərin hər gün azı iki oyun idarə etməsi nəzərdə tutulub.

FİFA dərəcəli referi Vüsal Əliyev yanvarda keçiriləcək "Birlik Kuboku"na dəvət aldığı üçün Antalya toplanışında iştirak etməyəcək.

Referilərin Türkiyədəki hazırlığına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov rəhbərlik edəcəklər.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti