...

Azərbaycanın təhsil naziri ali təhsil məktəbləri və texnikumlarda qış sessiyasının keçirilməsi barədə əmr imzalayıb

Cəmiyyət Materials 6 Yanvar 2009 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı ali təhsil mətkəbləri (ATM) və texnikumlarda 2008 - 2009 - cu tədris ilinin qış sessiyasının keçirilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, Nazirliyin müvafiq struktur və bölmələrinə imtahan zamanı baş verən neqativ hallarla bağlı məlumatların operativ araşdırılması və günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər verilməsi, sessiyanın monitorinqinin keçirilməsinin təşkil olunması, hər bir təhsil müəssisəsində imtahan qərargahının yaradılması, görülən işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması, ictimai nəzarətin gücləndirilməsinin təmin edilməsi tapşırılıb, - Təhsil Nazirliyinin məlumatında deyilir.

Qış sessiyası zamanı Təhsil Nazirliyində "qaynar xətt" (496-37 - 61, 496 - 34 - 82) fəaliyyət göstərəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti