...

Aşura günü ilə əlaqədar Azərbaycan paytaxtında qanvermə aksiyası keçirilib

Cəmiyyət Materials 7 Yanvar 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir S.Kazımlı/ Aşura günü ilə əlaqədar Azərbaycan paytaxtındakı "Əjdərbəy"məscidində qanvermə aksiyası keçirilib.

Trend -un əməkdaşı hadisə yerindən bildirib ki, saat 12-dək aksiyada 124 nəfər iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə də qan verib.

Paşazadə bildirib ki, bu il Aşura günü İmam Hüseynin adına layiq keçirilir. Şeyxülislam deyib ki, İmam Hüseyni yad etmək, haqqı yad etmək deməkdir. Şeyxin sözlərinə görə, bu, həm də zülmə qarşı mübarizəni yad etməkdir.

Azərbaycanda bu günün qeyd olunmasının xüsusi önəm daşıdığını deyən Şeyxülislam torpaqlarımızın işğal altında, minlərlə vətəndaşımızın şəhid olduğunu vurğulayıb.

"Buna görə də Azərbaycan xalqı haqqı, nahaqqı daha yaxşı başa düşür. Azərbaycan dövləti dindarlar üçün bu günü qeyd etmək üçün şərait yaradıb. Aşura gününü yad edərkən qan çıxarmaq, zəncir vurmaq, sinə cırmaq düzgün deyil. İslamda qan tökmək yaxşı hal hesab olunmur", - deyə Paşazadə bildirib.

Aşura günü ilə əlaqədər paytaxtın Nardaran qəsbəsindəki məscid və ziyarətgahlarda da qanvermə aksiyası keçirilib.

Trend -un arayışı: Yanvarın 7-si Hicri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşura günüdür. Şiə müsəlmanlar imamların yas mərasimini qeyd edirlər.

Qafqaz Müsəlmanları İdarəsindən dindarlara və axundlara Aşura günü baş yarmaq və zəncir vurmaq əvəzinə qan vermək daha məsləhət bilinib. Aşurada azyaşlı uşaqların dini mərasimlərə qatılması qadağan edilib.

Aşura günü münasibətilə paytaxt polisi də gücləndirilmiş iş rejimində işləyir.

Paytaxtda ictimai asayişin qorunması üçün məsçidlərin yerləşdiyi ərazilərə əlavə polis qüvvələri cəlb olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]           

Xəbər lenti

Xəbər lenti