...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda ali məktəb və peşə ixtisas məktəblərinə qəbul qaydaları mexanizminin dəyişdirilməsi əleyhinədir

Cəmiyyət Materials 12 Yanvar 2009 18:23 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda ali məktəb və peşə ixtisas məktəblərinə qəbul qaydaları mexanizminin dəyişdirilməsi əleyhinədir

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda ali məktəb və peşə ixtisas məktəblərinə tələbə qəbulu qaydaları mexanizminin dəyişdirilməsinin əleyhinədir 

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəb və peşə ixtisas məktəblərinə mövcud mexanizminin saxlanılmasının tərəfdarıdır. Dövlət Komissiyasının qəbul qaydaları ən optimal variantdır və komissiya "Təhsil haqqında"  Qanunda bu mexanizmin olduğu kimi qalmasını istəyir", - bazar ertəsi Trend -a  TQDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Elnur Nağızadə bildirib.

Trend - un arayışı: Azərbaycanın "Təhsil haqqında" Qanunu ötən il dekabrın sonunda Milli Məclisdə ikinci oxunuşda qəbul olunub. Parlamentin yaz sessiyasında Qanunun qəbulu gözlənilir.   Təhsil haqqında qanun layihəsində ali məktəb və peşə ixtisas məktəblərinə qəbul mexanizminin dəyişdirilməsi nəzərdə tutulub. Qəbul qaydaları maddəsində ali məktəb və peşə ixtisas məktəblərinə qəbul test imtahanlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçiriləcəyi göstərilib. İxtisaslar üzrə minimum keçid balları əvvəlcədən müəyyənləşdiriləcək.    

1992-ci ildən Azərbaycanda ali məktəb və peşə ixtisas məktəblərinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.   

Dövlət Komissiyasının mövcud qəbul mexanizmi abituriyentlərə sərbəst seçim imkanı verir,- Nağızadə deyib. "Abituriyentlərin biliklərinin qiymətləndirilməsi obyektiv və şəffaf aparılır. Azərbaycan ictimaiyyəti də neçə illərdir ki, bu sistemə etimad göstərir", - o vurğulayıb.   

TQDK- nın mütəxəssisi hesab edir ki, ali məktəb və peşə ixtisas məktəblərinə qəbul mexanizminin dəyişdirilməsi ixtisaslar üzrə tələbələrin yerləşdirilməsi zamanı subyektiv qərarların qəbuluna səbəb ola bilər. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Təhsil haqqında"  qanun layihəsi ilə bağlı rəy və təkliflərini yazılı şəkildə Milli Məclisin elm və təhsil komissiyasına təqdim edib, - Nağızadə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti