...

Azərbaycan məhkəməsi çoxsaylı ağır cinayətlərə görə ömürlük iş almış sabiq baş əməliyyat müvəkkilinin əmlakına qoyulmuş həbsi götürmədi

Cəmiyyət Materials 14 Yanvar 2009 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan məhkəməsi çoxsaylı ağır cinayətlərdə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun əmlakına qoyulan həbsi götürmədi,-  çərşənbə günü Trend - a Bakı Apellyasiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 2007-ci il yanvarın 19 - da  qəbul etdiyi hökmlə Hacı Məmmədov, onun bacısı oğlu Elçin Əliyev, DİN-in Baş Cinayət -Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov, DİN-in şöbə rəisi Kamil Sədrəddinov və digər təqsirləndirilənlərin əmlaklarına həbs qoyulub. Dəstə başçısı ata mülkünün geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsi mülki iddianı rədd edib və məhkəmə hökmünün qüvvədə saxlanılması barədə qərar çıxarıb. Ali Məhkəmə dəstə üzvlərinin şikayətinə baxıb və onların əmlakına həbs qoyulması ilə bağlı məhkəmə hökmünə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılması barədə qərar qəbul edib.


Çərşənbə günü Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Məmmədov və dəstənin digər  üzvlərinin mülki iddiasının rədd olunnması və onların əmklaklarına qoyulan həbslə bağlı qərarın qüvvədə saxlanılmasını xahiş edib.

Hacı Məmmədovla birgə dəstənin 7 üzvü ömürlük, 15 üzvü 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti